Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 21 nəfərə çatıb


Böyük Britaniyada COVİD-19 virusundan ölənlərin sayı artıb.

APA-nın "SkyNews" kanalına istinadən verdiyi xəbərə görə, virusa yoluxan daha 10 şəxs vəfat edib.

Beləliklə ölənlərin sayı 11-dən 21-ə qalxıb.

İngiltərə Səhiyyə Nazirliyinin rəsmisi Kris Vitti vəfat edən şəxslərin "risk qrupları"na aid olduqlarını deyib.