Əsəd də hərəkətə keçdi: Qadağalar başladı


Suriya Prezidenti Bəşər Əsəd koronavirusla mübarizə aparmaq məqsədilə bəzi tədbirlərin görülməsini əmr edib.

Axar.az xəbər verir ki, ölkədə məktəblər, universitetlər, texniki institutlar aprelin 2-nə kimi bağlanıb.

Bundan başqa dövlət idarələrində işləyənlərin iş saatları azaldılıb, barmaq izi sistemi də 1 aylıq aradan qaldırılıb.

Təhlükəsizlik tədbirləri nəticəsində bütün elmi, mədəni, social və idman fəaliyyətləri dayandırılıb, kafe və restoranlarda qəlyan qadağan edilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi Hedin Haldorson bir neçə gün əvvəl verdiyi açıqlamasında Suriyanın səhiyyə sisteminin bu virusun öhdəsindən gələ bilməyəcəyini demişdi.