Çindən şad xəbər: koronavirusa yoluxanların 83 faizi sağaldı

Çində koronavirusa yoluxanların sayında azalma baş verir.

Axar.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, virusa yoluxanların 82.7 faizi xəstəxanalardan evə buraxılıb. Bu virusdan ölənlərin sayı isə cəmi 3.95 faiz təşkil edir.

Son məlumatlara görə, Çinin materik hissəsində təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 80 min 844 nəfərə çatıb ki, bunun da 66 min 911 nəfəri artıq sağalıb.