Rusiyalı qız eyvandan dollar səpdi - Video

Rusiyanın Krasnodar vilayətində çəkilən video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Axşam.az xəbər verir ki, görüntüdə bir qızın eyvandan yoldan keçən insanlara dollar səpdiyi görünür.

Dərhal pulları yığan şəxslər isə onun saxta olmadığına diqqət edirlər.