Ermənistanda koronavirusa yoluxanların sayı 30-a çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.
APA-nın xəbərinə görə, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan “Facebook”da bildirib ki, ölkədə koronavirusa yoluxanların sayı 30-a çatıb.

Nazir qeyd edib ki, xəstəliyə yoluxanlardan bir nəfəri sağalıb.