Trampa qarşı ŞOK İDDİA: koronavirusla bağlı...

Almaniya mediasında Donald Trampla bağlı qalmaqallı yazı dərc olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın “Welt am Sonntag” qəzeti hökumət mənbələrinə əsasən, yaydığı məlumatda şok iddia əks olunub. Yazıda qeyd olunur ki, Trampın Almaniyada peyvəndlər hazırlayan “CureVac”ı ABŞ-a apararaq, ancaq ölkəsi üçün peyvənd hazırlamasını istəyib.

Bunun üçün ABŞ prezidentinin şirkətə külli miqdarda pul təklif etdiyi də bildirilir.

ABŞ-la Almaniya arasında mübahisə yarandığı qeyd olunan yazıda, şirkətin ölkədən çıxmaması üçün hökumət tərəfində maliyyə tədbirləri görüldüyü əks olunub.