İtaliyada bu gün 349 nəfər dünyasını dəyişdi


İtaliyada sutka ərzində koronavirusdan daha 349 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Covid-19-dan ölənlərin sayı 2158 nəfərə çatıb.

414 nəfər isə sağalıb (ümumilikdə 2749).