Gürcüstan Ali Məhkəməsinə qadın rəhbərlik edəcək


Gürcüstan parlamentinin martın 17-də keçirilən iclasında Ali Məhkəmənin sədri vəzifəsinə seçki olub.

AZƏRTAC xəbər verir ki, bu vəzifəyə lehinə 82 səslə hakim Nino Kadaqidze seçilib. Onun əleyhinə səs verən olmayıb.

Parlamentin sədri Arçil Talakvadze N.Kadaqidzeni təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Gürcüstan Ali Məhkəməsi sədrinin vəzifəsi indiyədək boş idi. Gürcüstanın Ali Ədliyyə Şurası martın 11-də N.Kadaqidzenin namizədliyini irəli sürmüşdü.