Ərdoğan və Konte koronavirus pandemiyasını müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş Naziri Cüzeppe Konte arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla verdiyi xəbərə görə, telefon söhbətində hər iki lider yeni növ koronavirusla (COVID-19) mübarizədə əməkdaşlıq, ikitərəfli əlaqələr və regional məsələlər haqqında müzakirə aparıblar.