İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində son sutka ərzində 437 nəfər ölüb, bununla da ölənlərin ümumi sayı 25 085-ə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Məlumata görə, son 24 saatda rekord sayda sağalma faktı qeydə alınıb – 2943 nəfər, həmçinin ağır vəziyyətdə olan xəstələrin sayı da azalıb – 2384 nəfər. Pandemiyanın başlanğıcından bəri ümumilikdə 187 327 nəfər virusa yoluxub.