Bu gün Türkiyədə koronavirusdan daha 29 nəfər vəfat edib.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bununla da Türkiyədə pandemiya qurbanlarının sayı 4 369 nəfərə çatıb. Bu gün həmçinin ölkədə 987 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 157 814-ə çatıb.