Ermənistanda koronavirusa yoluxanların sayı 13 mini keçib


Son sutka ərzində Ermənistanda 766 nəfər COVID-19-a yoluxub. Daha 10 nəfər isə bu virusdan dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 13 min 130-a çatıb. Bu virusdan ölənlərin sayı isə 200-dür.

Hazırda Ermənistanda 8844 aktiv koronavirus xəstəsi var.