Berlində 100-ə yaxın nümayışçi həbs olunub



Almaniya paytaxtında rasizm, diskriminasiya və polis zorakılığına qarşı keçirilən aksiyalarda ən az 93 nəfər saxlanılıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, nümayişlər zamanı 28 qanun keşikçisi və bir fotojurnalist xəsarət alıblar.

Qeyd edilir ki, ancaq Aleksandrplasda yer alan aksiyalarda 15 minə yaxın iştirakçı olub.

Mitinq dinc şəkildə başlasada, sonradan hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və daş atmaqla davam etdirlib.

Xatırladaq ki, nümayiş mayın 25-də ABŞ-ın Minneapolis ştatında polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun vəfatı fonunda Avropa və bir sıra başqa regionların şəhərlərində keçirilən aksiyalardan biri olub.