İranda 110 tibb işçisi koronadan öldü

İranda 110 tibb işçisi yeni tip koronavirusdan vəfat edib.

Axar.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

O bildirib ki, ölənlərin arasında həkimlərlə yanaşı tibb bacıları da olub.

“Bu, İranın səhiyyə əməkdaşlarının COVİD-19-la mübarizədə necə fədakarlıqlar etdiyini bir daha sübuta yetirir”, - Cahangiri qeyd edib.