"İkinci dalğa olacaq, ancaq birincidən güclü olmayacaq" -  Xəstəxananın direktoru

"Dünyada ikinci dalğanın olub-olmayıcığını Allahdan başqa heç kim bilmir. Hesab edirəm ki, ikinci dalğa olsa da, ancaq birincidən güclü olmayacaq".

24News.ge xəbər verir ki, bu sözləri Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

"İkinci dalğanı oktyabr-noyabr aylarında gözləyirik, lakin hər şey təxminidir və təxminlər digər infeksiyaların necə cəryan etdiyindən qaynaqlanır, buna misal olaraq qrip və digər bu kimi xəstəlikləri deyə bilərik. Koronavirusun təbiəti qrip virusu kimidir. Soyuq dövrlərdə aktivləşir, istidə isə aktivliyi zəifləyir. Əgər koronavirusun belə bir mövsümü xüsusiyyəti yoxdursa, ola bilsin ki, ikinci dalğa ümumiyyətlə olmasın.  Düşünürəm ki, ikinci dalğa olacaq, ancaq birincidən güclü olmayacaq", - deyə Tengiz Tsertsvadze bildirib.