Korona susmur: Son 24 saatda Braziliyada 1382, Meksikada 188 nəfər ölüb


Son dəqiqə xəbərinə görə, Covid-19 səbəbiylə son 24 saatda Braziliyada 1382, Meksikada 188 nəfər həyatını itirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə son 24 saatda yeni tip koronavirusdan (Kovid-19) can itkisi 1382 artaraq 37 min 312-ə yüksəlib.
Ölkədəki yoluxma sayı da 12 min 581 artımla 685 min 427-ə çatıb.

"Worldometer" internet saytına görə, Latın Amerikasında ən çox hadisə və ölümün olduğu Braziliya, dünyada ABŞ-dan sonra ən çox hadisə təsbit edilən ikinci ölkə mövqeyindədir.

Meksika Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə son 24 saatda Kovid-19-dan can itkisi 188 artaraq 13 min 699-a yüksəlib.

Ölkədə koronaya yoluxma sayı da 3 min 484 artımla 117 min 103-ə çatıb.

Meksikada 27 mayda Kovid-19 səbəbiylə bir gündə həyatını itirənlərin sayı ilk dəfə 500-ü aşmışdı.

Ölkədə ilk Kovid-19 hadisəsi 28 fevralda müəyyən olunmuş, virusdan ilk ölüm hadisəsi isə 19 martda yaşanmışdı.

Turan