Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində səkkiz nəfər ölüb


Nepalda güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ən az 8 nəfər həlak olub.

"Cəsədlərin üçü torpaq sürüşməsi dağıdan evlərin altından şənbə günü tapılıb, qalanları isə bazar günü", - yerli polis idarəsinin rəhbərinin müavini bildirib.

Hazırda polis müvafiq təşkilatlarla birlikdə axtarış-xilasetmə işləri aparır. Yağışların kəsilməsi xilasetmə əməliyyatların aparılmasını tezləşdirməyə imkan yaradıb.