İranın xarici işlər naziri Türkiyəyə səfər edib


Bu gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə yola düşüb.

AZƏRTAC İranın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı, beynəlxalq siyasi proseslər və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, bu gün Rusiyanın Xarici İşlər nazir Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu da Türkiyəyə səfər edəcəkdilər. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin arasında telefon söhbətindən sonra səfər təxirə salınıb.