İtaliyada reanimasiya şöbələrində koronavirus xəstələrinin sayı yenidən artır

İtaliyada son iki ayda koronavirusa yoluxmada qeydə alınan azalma bu gün yenidən artımla əvəz olunub.

AZƏRTAC xəbər verir ki, iyunun 19-da İtaliyada koronavirus diaqnozu ilə reanimasiya şöbələrinə 168 xəstə yerləşdirilib. Habelə 2867 nəfər stasionarlara gətirilib. Daha 66 nəfər isə vəfat edib.

Hazırda ölkə üzrə yoluxmaların sayı 238 min 159, ölüm sayı 34 min 514-dür. Sağalanlar 180 min 544 nəfərdir.