Qazaxıstanda ötən gün 1252 nəfərdə koronavirus aşkarlanıb


Qazaxıstanda ötən gün 1252 nəfərdə koronavirus aşkarlanıb.

Ölkədə ümumilikdə COVID-19 xəstələrinin sayı 16 min 351-dir. Son bir həftə ərzində Qazaxıstanda koronavirusa 5485 yoluxma faktı qeydə alınıb. Əvvəlki həftə ilə müqayisədə COVID-19-a yoluxma halı 1,9 dəfə artıb. Bu həftənin üç günü üzrə göstəricilər vəziyyətin ağır olduğunu deməyə əsas verir. On beş bölgədə xəstələnmə səviyyəsinin 1,2 dəfədən 6 dəfəyə artması müşahidə edilir.