Marneulidə 4 nəfər saxlanıldı - (Foto)

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları, Marneulidə axtarış tədbirləri həyata keçiriblər.

24News.ge xəbər verir ki, sözügedən nazirliyin İstintaq Xidmətinin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, xüsusi miqdarda aksiz markalı tütün məhsullarının aksiz markası olmadan saxlanılması və daşınması faktı üzrə 4 nəfər saxlanılıb. 

Aparılan istintaq tədbirləri nəticəsində Kvemo-Kartli bölgəsində 512 kiloqram aksiz markalı tütün, bazar dəyəri 56.000 GEL-dən çox olan məhsul ələ keçirilib.

Faktla bağlı, cinayyət məcəlləsinin 200-cü maddəsinin ikinci və üçüncü hissələri əsasında istintaq başladılıb. Sözügedən şəxslərin təqsirləri sübuta yetirilərsə, onları 6-ildən 8-ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.