Müxalifətin iclası başa çatdı - Namizədlərin adları açıqlandı

Bu gün Gürcüstanda  Leyborist Partiyasının ofisində müxalifət partiyalarının keçirdiyi görüş başa çatıb.

24News.ge xəbər verir ki, Müxalifət Tbilisinin altı rayonunda ümumi majoritar namizədlərlə bağlı yekun qərara gəliblər.

Tbilisi seçki dairələrində namizəd olaraq irəli sürüləcək şəxslər bunlardır;

Şalva Şavgulidze - Mtatsminda;

Levan Xabeişvili - Samqori;

Elene Xoştariya - Vake;

Nika Melia - Qldani;

Giorgi Vaşdze - İsani;

Şalva Natelaşvili - Nadzaladevi.

Xatırladaq ki, Tbilisidə cəmi 8 majoritar seçki dairəsi var və müxalifət hal hazırda 6 seçki dairəsində razılıq əldə ediblər, Saburtalo və Didube dairələrində isə müzakirəkər davam edir.