Çarukyanın həbsindən imtina edildi - Paşinyana zərbə


İrəvan məhkəməsi 2017-ci il seçkilərində seçiciləri ələ almaqda və dövlətə 62 milyon dollar ziyan vurmaqda ittiham olunan Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanı həbs etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Çarukyanən vəkili Erem Sərkisyan məlumat yayıb.

“Məhkəmə Çarukyanın həbsi ilə bağlı ittihamı rədd etdi. Sevinirəm ki, məhkəmə özündə güc tapdı və siyasi proseslərdən yuxarıda dayandı”, - Sərkisyan bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Ermənistan parlamenti Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın deputat toxunulmazlığını ləğv etmişdi.