Gürcüstanın Qori rayonu ərazisində, işğalçı qüvvələr Gürcüstan vətəndaşını həbs ediblər.
24News.ge Birinci Kanala istinadən xəbər verir ki, Qorinin Axalubani kənd sakinləri hadisəni təsdiqləyiblər.
Bildirilir ki, 60 yaşlı çoban, rus əsgərləri tərəfindən təqribən saat 18:00 radələrində saxlanılaraq aparılıb.
Faktla bağlı Gürcüstan Milli Təhlükəsizlik Xidməti hələlik bəyanat verməyib.