Moskvada yol çökdü, tramvayların hərəkəti dayandı

Moskvada tramvay xəttinin altında torpaq çökməsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, torpaq təxminən 70 santimetr dərinliyə çöküb.

Çökmə sahəsi 1 kvadrat metr təşkil edib. Tramvayların hərəkəti müvəqqəti olaraq dayandırılıb.