Gürcüstan beynəlxalq aviauçuşlarla bağlı qərar verdi

Gürcüstan müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtını iyulun 31-dək uzadıb.

24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 31-dək davam etdiriləcək, uçuşların bərpa edilməsi qərarı dünyada epidemioloji vəziyyət nəzərə alınaraq qəbul ediləcək.

"Vətəndaşları müntəzəm hava nəqliyyatı bərpa olunana qədər hər hansı istiqamətdə bilet almaqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.