Ukraynada son sutkada 1100-dən çox insan koronavirusa yoluxub


Ukraynada son sutka ərzində koronavirusa 1109 yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukraynada son sutkada koronavirudan 19 nəfər ölüb. Ən çox yoluxma Kiyev, Lvov və Rovensk vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 min 117 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 1086 nəfərdir.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Bəzi bölgələrdə karantin rejimi sərtləşdirilib.