Son xəbər: 100-dən çox peyvənd üzərində işlər davam edir


Yer üzündə təxminən 10 milyon insana yoluxan, yarım milyon can alan koronavirus epidemiyasında, bütün dünya peyvəndi gözləyir.

Sherg.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), davam edən araşdırmalar nəticəsində Astrazenecanın peyvənd namizədlər içərisində ən qabaqda olduğunu eşitdirib. ÜST-ə görə, söz mövzusu olan peyvəndi Modernanın çalışması izləyir və aradakı fərq çox deyil.

Dünyada hazırda 100-dən çox peyvənd üzərində işlər davam edir, bəzi peyvəndlər geniş kütlələr üzərində test edilir.

Turan