Moskvada koronavirusdan daha 12 nəfər öldü

Moskvada son sutka ərzində koronavirusdan 12 nəfər ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Moskvada koronavirus qurbanların ümumi sayı 4 485 nəfərə çatıb.
Paytaxtda yoluxanların ümumi sayı 242 min nəfərdir. 180 mindən çox xəstənin sağaldığı bildirilir.
Qeyd edək ki, Rusiyada pandemiya dövründə, təxminən, 845 min COVID-19-a yoluxma qeydə alınıb. Onlardan 14 058 nəfər ölüb, 646 mindən çoxu sağalın.