İranda son sutkada koronavirusdan 169 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 169 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 19 333 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 501 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 338 825 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 293 811 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 956 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.