Maduro prezident seçkilərində qalib gəldi

Nikolas Maduronun seçki qərargahı onun Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyini elan edib

Axar.az xəbər verir ki, Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı qələbəsini elan edərək, hamını Milli Seçki Şurasının (CNE) rəsmi nəticələrini gözləməyə çağırıb.

Maduronun seçki qərargahının rəhbəri, parlamentin spikeri Xorxe Rodriges səsvermədə iştirak etdikləri üçün vətəndaşlara minnətdarlığını bildirib.

“Sizə ürəkdən təşəkkür edirik. Yekun nəticələri açıqlaya bilməsək də, üzümüzü sizə göstərə bilərik. Bu qələbə bizim hamımızındır və gələcəyimiz üçün əsas olacaqdır. Təbii ki, biz milli seçki şurasının nəticələrini gözləməliyik, çünki biz ölkəmizin qanunlarına və Venesuela Bolivar Respublikasının Konstitusiyasına hörmət edirik”, - Rodriges bildirib.

***

Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlib.

Milli Seçki Şurası səslərin 80%-ni hesablayıb.

Milli Seçki Şurası Maduronun Venesuelada keçirilən prezident seçkilərində 51,2% səslə qalib gəldiyini açıqlayıb.