Ermənistandan 850-yə yaxın maşın Rusiya-Gürcüstan sərhədində qalıb

Ermənistandan 850-yə yaxın maşın Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsində gözləyir.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatına görə, ümumilikdə 2,7 mindən çox avtomobil sərhədi keçmək üçün gözləyir.

Gürcüstan Hərbi Yolu yüksək dağlıq ərazilərdən keçir və hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.