Əmioğlular deputatlıq uğrunda mübarizəyə başladı - FOTO

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Artıq namizədlərin qeydə alınması prosesinə start verilib.
Sherg.az yenisabah.az-a istinadlaxəbər verir ki, namizədlərin Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınmasına başlanandan sonra 59 saylı Quba seçki dairəsində maraqlı vəziyyət yaranıb.
Hazırda bu dairədə 2 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan biri hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Əlibala Məhərrəmzadə, digəri isə tanınmış siyasi şərhçi Əliabbas Məhərrəmlidir. Hər iki namizəd yaxın qohum, əmioğludur.
Onların ikisi də hazırda 59 saylı Quba seçki dairəsində favorit hesab olunur. Hazırda sözügedən dairədə başqa heç bir şəxsin namizədliyi qeydə alınmayıb. Amma yaxın günlərdə bu seçki dairəsində daha iki nəfərin namizədliyinin qeydə alınması ehtimal edilir.
Qeyd edək ki, 59 saylı Quba seçki dairəsində namizədliyi qeydə alınan ilk şəxs Milli Məclisin deputatı Vahid Əhmədov olub. V.Əhmədov dünən könüllü şəkildə namizədliyini geri götürüb.