AŞPA-ya parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilməyib

Azərbaycanda 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilən beynəlxalq qurumlar siyahısında Avropa Şurası Parlament Assambleyası yoxdur.

Bunu APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilatı dəvət edib: “ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”.