Ararat Mirzoyan: Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir

Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir.

APA-nın "Sputnik-Armenia"ya istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O deyib ki, ölkəsinin daha əvvəl Azərbaycana sərhədboyu insidentlərin araşdırılması və silahlanmaya birgə nəzarətlə bağlı göndərdiyi təkliflər qüvvəsində qalır.