Paris Olimpiadasındakı xaos "Haber Global"ın obyektivində

"Fransada hazırda davam edən 33-cü Yay Olimpiya Oyunlarının təşkilatçılığı olduqca aşağı səviyyədədir".

Bu barədə "Haber Global"ın hazırladığı süjetdə qeyd olunur.

Telekanalın Fransa paytaxtına ezam edilmiş müxbiri qeyd edib ki, yeddi il aparılan hazırlıqlara və milyonlarla dollar vəsaitin xərclənməsinə baxmayaraq, idarəetmədə ciddi böhran müşahidə olunur.

Jurnalist ilk olaraq Sena çayında suyun keyfiyyətsiz olması səbəbindən üzgüçülük yarışları üzrə məşqlərin ləğv edilməsini misal göstərib. O qeyd edib ki, təkcə Sena çayının təmizlənməsinə 1.4 milyard avro xərclənməsinə rəğmən, aidiyyəti qurumlar işlərinin öhdəsindən gələ bilməyiblər.

Digər problem isə Fransaya sığınan miqrantların kütləvi şəkildə avtobuslarla ölkənin başqa bölgələrinə daşınmasıdır. Bununla Fransa hökuməti ölkədəki miqrant böhranını gizlətməyə çalışır.

Fransanın mərkəzi hökumətinin bu siyasəti isə regionlarda etirazlarla qarşılanıb. Yerli idarəetmə qurumlarının rəhbərləri bildiriblər ki, hakimiyyətin bu siyasəti digər şəhərlərdə miqrant axınının güclənməsinə gətirib çıxaracaq.

Başqa bir problem isə Parisdə ictimai nəqliyyatın hərəkətində yaranan nöqsanlardır. Bu isə yerli sakinlərin və turistlərin daşınmasına mane olur. Həm yerli insanlar, həm də turistlər bu vəziyyətdən narazılıqlarını ifadə edirlər.

Daha ətraflı videosüjetdə: