Siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun namizədliyi təstiqlənməyib.
"Sherg.az" xəbər verir ki, bu barədə məlumatı siyasi şərhçi Elxan Şahinoğlu öz feysbuk səhifəsində paylaşıb.
O bildirib ki, qanuna görə imzalar 7 gün ərzində yoxlanıb cavab verilməli idi:
"Yeddinci gün, iş gününün bitiminə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq. Mənə inandıqlarına və dəstək verdiklərinə görə ağdamlılara təşəkkür edirəm!".