Avqust bu bürclərə yeni başlanğıclar gətirəcək -Astroloqdan ŞOK PROQNOZLAR

Yayın böyük hissəsi geridə qalıb. İyul başa çatır, qarşıdan avqust gəlir. Təbii ki, fəslin son ayını hər kəs yaxşı keçirmək istəyir. Bəs görəsən, bürclər nə deyir? Bu ay ən şanslı bürclər hansılar olacaq?                                                                                         
Mövzu ilə bağlı danışan astroloq Aytən Salami "Sherg.az"a açıqlamasında qeyd edib  ki, şir bürcü üçün avqust ayının 4-ü yeni başlanğıclar gətirəcək:

''Yeni ay xüsusi ilə şirlər, paralel olaraq qoç və oxatanlar üçün düşərli olacaq. Avqustun 6-sı və 29-u aralığında Merkuri planetinin retro hərəkəti gözlənilir. Bu zaman kəsiyi bürclərin yeni bir şeylərə başlaması üçün məqsədəuyğun deyil. Yaxşı olardı ki, yeni qərarlar verməsinlər. Ona görə də yarımçıq işlərini tamamlamaq barədə düşünə bilərlər. Avqust ayının 22-dən etibarən günəş qız bürcünə keçir və həmin vaxtdan ayın sonunadək ən şanlı bürc qızlardır. Avqustun 22-nə qədər günəş şir bürcündə olduğu üçün isə həyatdan zövq almaq, pozitivlik, əyləncə daha ön planda olacaq''.