Prezident 3 fərman imzaladı

Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sherg.az fərmanın mətnini təqdim edir:

“İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1688 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə hər iki halda “2 811 428 292,00” rəqəmləri “2 850 308 292,00” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci hissə üzrə:

2.1. 2.1-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “1 375 987 690,00” rəqəmləri “1 367 987 690,00” rəqəmləri ilə əvəz edilsin;

2.2. 2.1.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “1 236 410 000,00” rəqəmləri “1 228 410 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.3. 2.2-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “815 053 804,00” rəqəmləri “827 933 804,00” rəqəmləri ilə əvəz edilsin;

2.4. 2.2.2-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “218 100 000,00” rəqəmləri “218 380 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.5. 2.2.2.1-ci və 2.2.2.2-ci abzasların “Məbləğ (manatla)” sütununda “109 050 000,00” rəqəmləri “109 190 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.6. 2.2.3-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “303 800 000,00” rəqəmləri “316 400 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.7. 2.2.3.1-ci və 2.2.3.2-ci abzasların “Məbləğ (manatla)” sütununda “151 900 000,00” rəqəmləri “158 200 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.8. 2.5-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “32 600 000,00” rəqəmləri “66 600 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.9. 2.5.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “31 000 000,00” rəqəmləri “65 000 000,00” rəqəmləri ilə əvəz edilsin.

3. 3-cü hissə üzrə:

3.1. 3.2-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “79 280 236,00” rəqəmləri “78 934 142,00” rəqəmləri ilə əvəz edilsin;

3.2. 3.2.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “53 280 236,00” rəqəmləri “52 934 142,00” rəqəmləri ilə əvəz edilsin;

3.3. 3.4-cü bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “2 503 074 032,0” rəqəmləri “2 565 744 926,00” rəqəmləri ilə əvəz edilsin;

3.4. 3.4.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “1 717 996 342,00” rəqəmləri “1 678 167 236,00” rəqəmləri ilə əvəz edilsin;

3.5. 3.4.2-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “497 077 690,0” rəqəmləri “479 577 690,0” rəqəmləri ilə əvəz edilsin;

3.6. 3.4.2.3-cü abzasın “Məbləğ (manatla)” sütununda “27 500 000,00” rəqəmləri “23 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.7. 3.4.2.4-cü abzasın “Məbləğ (manatla)” sütununda “50 000 000,00” rəqəmləri “40 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.8. 3.4.2.5-ci abzasın “Məbləğ (manatla)” sütununda “57 000 000,00” rəqəmləri “55 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.9. 3.4.2.7-ci abzasın “Məbləğ (manatla)” sütununda “1 000 000,00” rəqəmləri “3 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.10. 3.4.2.9-cu abzasın “Məbləğ (manatla)” sütununda “24 000 000,00” rəqəmləri “21 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.11. 3.4.2.9.2-ci abzasın “Məbləğ (manatla)” sütununda “5 000 000,00” rəqəmləri “2.000.000,00” rəqəmləri ilə əvəz edilsin;

3.12. 3.4.3-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “260 000 000,00” rəqəmləri “393 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.13. 3.4.4-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “28 000 000,00” rəqəmləri “15 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.14. 3.5-ci bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “55 000 000,00” rəqəmləri “30 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

3.15. 3.6-cı bəndin birinci abzasının “Məbləğ (manatla)” sütununda “88 874 024,00” rəqəmləri “90 429 224,00” rəqəmləri ilə əvəz edilsin;

3.16. 3.6.1-ci yarımbəndin “Məbləğ (manatla)” sütununda “3 303 343,00” rəqəmləri “3 288 923,00” rəqəmləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.4-cü, 3.1.24-cü, 3.1.38–3.1.40-cı, 3.1.43–3.1.45-ci, 3.1.51-ci, 3.1.53-cü, 3.1.54-cü və 3.1.57-ci yarımbəndlərdən “tabeliyindəki qurum vasitəsilə” sözləri çıxarılsın.

2._3.1.42-ci, 3.1.48-ci, 3.1.49-cu, 3.1.52-ci və 3.1.55-ci yarımbəndlərdən “strukturuna daxil olan qurum vasitəsilə” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.