Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq

İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah – iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.

Sherg.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, andiçmə mərəsimində Azərbaycandan Baş nazir Əli Əsədov, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri – Cavanşir Paşazadə, Hikmət Məmmədov və Əziz Ələkbərli iştirak edəcək.

Qeyd edək ki, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.