Azad edilmiş ərazilərdə daha 97 mina, 898 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (22.07.2024 - 28.07.2024) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 66 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 898 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 885 hektar ərazi mina və PHS-lərdən təmizlənib.