Masallıda pəncərə silən qadın 4-cü mərtəbədən yıxılıb

Masallıda qadın 4-cü mərtəbədən yıxılıb.

Shürg.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Arzu Mirzəyeva kirayə yaşadığı evin təmizlik işləri apararkən evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.