Ərdoğan-Əsəd görüşünün detalları açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin mümkün görüşünün detalları açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, liderlər avqustun əvvəlində Rusiyanın paytaxtı Moskvada bir araya gələ bilərlər. Sözügedən görüşün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcəyi gözlənilir.

Bundan başqa, ölkə liderlərinin İraqın paytaxtı Bağdadda və Türkiyə-Suriya sərhədindəki Kasep qapısında da görüşə biləcəkləri mümkün versiyalar sırasındadır.

Qeyd edək ki, iyulun 24-də V.Putin B.Əsədlə görüşmüşdü. Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Vladimir Putinlə görüşmüşdü.

Məlumata görə, R.T.Ərdoğan Suriya ilə münasibətlərin normallaşması üçün detalların müəyyənləşdirilməsini H.Fidana tapşırıb.