Tehran Pezeşkianın andiçməsi üçün xarici qonaqları qarşılayır

Müxtəlif ölkələrin 70-dən çox nümayəndəsi İranın 9-cu prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib.

Axar.az xəbər verir ki, bunu yeni prezidentin andiçmə mərasiminin qərargah rəhbəri Əlirza Şərifi deyib.

Bildirilib ki, ilk gələn qonaqlar arasında Nigeriya, Monqolustan, Malta və Liviyadan olan rəsmilər var.

İyulun 30-da Pezeşkianın andiçmə mərasimində iştirak məqsədilə daha çox xarici nümayəndənin Tehrana gələcəyi deyilir.

Qeyd edək ki, Məsud Pezeşkianın rəsmi andiçmə mərasimi iyulun 30-da ölkə rəsmiləri, xarici ölkələrin səfirləri və xarici diplomatların iştirakı ilə parlamentdə keçiriləcək.