Son sutka ərzində Özbəkistanda 743 nəfər koronavirusa yoluxub


Son sutka ərzində Özbəkistanda 743 nəfər koronavirusa yoluxub və bu xəstələrin sayı 34 min 994-ə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, gün ərzində virusdan 5 xəstə ölüb və dünyasını dəyişənlərin sayı 226 nəfər olub.

Xəstəxanalarda 4673 nəfərin müalicə aldığı bildirilir. Onların 1021-nin vəziyyəti ağır, 274-nün isə kritikdir.

Avqustun 15-dən 20-dək Özbəkistanda karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına başlanıb.