Türk nazir istefa verdi, səbəbini açıqladı


Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Barat Albayraq istefa verib.

Axar.az xəbər verir ki, bu barədə "Xəbərtürk" qəzeti nazirin sosial şəbəkə hesabına istinadən məlumat yayıb.

Qeyd edək ki, Barat Albayraq Prezident Ərdoğanın kürəkənidir.

***

B.Albayraq istefa açıqlamasında bunları yazıb:

“Təxminən 5 ildir davam etdirdiyim nazirlik fəaliyyətimə səhhətimdə yaranmış problemlərlə əlaqədar son qoyuram. Bundan sonrakı müddətdə vaxtımı ailəmə ayıracağam. Yeni vəzifəyə gələn dostlarımız Prezidentimizin liderliyi ilə Böyük və Güclü Türkiyə hədəfinə həmişəkindən daha əmin addımlarla davam edəcəklər".