Fransa aviaşirkətləri bu ölkəyə uçuşları dayandırdı

Fransanın “Air France” və “Transavia” aviaşirkətləri İsrailin Livanın Hizbullah hərəkatına qarşı mümkün əməliyyatı ilə əlaqədar təhlükəsizlik təhdidlərinə görə Livana uçuşları dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə aviaşirkətlərin mətbuat xidmətləri məlumat yayıb.

Qeyd edilib ki, uçuşların dayandırılması iyulun 29 və 30-na planlaşdırılan reyslərə təsir edəcək.