Rusiyanın Voronej şəhərində əsgər üç hərbçini qətlə yetirib


Rusiyanın Voronej şəhərində əsgər üç hərbçini qətlə yetirib.

AZƏRTAC xəbər verir ki, hadisə şəhərdəki “Baltimor” hərbi aerodromunda səhər saatlarında baş verib. Annton Makarov adlı əsgər əvvəlcə balta ilə bir zabiti qətlə yetirib. Sonra onun silahını ələ keçirərək, daha iki zabiti güllələyib.

Hazırda A.Makarov saxlanılıb.