Moskvada koronavirusdan ölənlərin sayı 10 394 nəfərə çatıb


Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 77 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 77 xəstə dünyasını dəyişib".

Ümumilikdə pandemiyanın başlayandan Rusiyanın paytaxtında virusa 728 637 nəfər yoluxub, 562 953 nəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 10 394 nəfər ölüb.