Hindlilərin təxminən 70 faizi koronavirusa qarşı peyvənd olunmaq istəmirlər



Hindistan sakinlərinin demək olar ki, 70 faizi koronavirusa qarşı peyvənd edilməyi planlaşdırmırlar.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "The Indian Express" bildirib.

Məlumata görə, əhalinin aşılanmaq istəməməsinin əsas səbəbləri peyvəndin kənar təsirləri barədə məhdud məlumatlar, onun effektivliyinə şübhələr və öz imunitetlərinin infeksiyadan qoruyacağına inamdır.

Sorğu Hindistanın 242 bölgəsində aparılıb və 18 mindən çox insanın iştirakı ilə keçirilib.

18 dekabrda Hindistan Səhiyyə Nazirliyi ölkədəki koronavirusa qarşı aşılamanın pulsuz və könüllü olacağını açıqlayıb. Ölkədəki 1,3 milyard insanın çox hissəsinin peyvənd edilməsinin bir ildən çox vaxt aparacağı bildirilir.